...

İtaliyanın Baş naziri istefa ərizəsini Prezidentə təqdim edib

Dünya xəbərləri Materials 14 Fevral 2014 16:32 (UTC +04:00)
İtaliyanın Baş naziri Enriko Letta istefa ərizəsini Prezident Corcio Napolitanoya təqdim edib.
İtaliyanın Baş naziri istefa ərizəsini Prezidentə təqdim edib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

İtaliyanın Baş naziri Enriko Letta istefa ərizəsini Prezident Corcio Napolitanoya təqdim edib. Trend-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə o, özünün "Twitter"dəki mikrobloqunda yazıb.

Baş nazir deyib: "Öz istefa ərizəmi dövlət başçısına təqdim etmək üçün Kvirinal sarayına gedirəm. Mənə kömək edən hər kəs sağ olsun. Hər gün sonuncu kimidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti