...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 16 Fevral 2014 01:47 (UTC +04:00)
Şənbə günü axşam İranın Cənubi Xorasan əyalətinin Nehbəndan şəhəri yaxınlığında 4.0 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ baş verib

Azərbaycan, Bakı, 16 fevral / Trend /

Şənbə günü axşam İranın Cənubi Xorasan əyalətinin Nehbəndan şəhəri yaxınlığında 4.0 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İRNA informasiya agentliyinə istinadən məlumat verir.

Zəlzələ yerli vaxtla saat 20:44-də baş verib, Tehran universitetinin geofizika İnstitutu yanında Seysmoloji mərkəzinin məlumatında deyilir.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti