Azərbaycan, Bakı, 21 mart /Trend/
Avropa İttifaqı Ukraynaya 1 milyard avrodan 1,610 milyard avroya qədər makromaliyyə yardımıni artıracaq. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Ali Rada tərəfindən təyin olunmuş Ukraynanın baş naziri Arseni Yatsenyuk cümə günü bildirib.
"Avropa İttifaqı Ukraynaya 610 milyon avrodan 1,610 milyard avroya qədər makromaliyyə yardımının artırılması barədə qərar qəbul edib", - UNİAN agentliyi Yatsenyukdan sitat gətirir.
Yatsenyuk cümə günü Brüsseldə Avropa İttifaqı ilə assosiativ sazişin siyasi hissəsini imzalayıb.