...

Cənubi Koreya qoşunları KXDR-ın mərmi atəşinə cavab verib

Dünya xəbərləri Materials 31 Mart 2014 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Cənubi Koreya Silahlı Qüvvələri Koreya Xalq Demokratik Respublikasının (KXDR) Sarı dənizdə başlanmış artilleriya atışmalarına cavab atəşi açıb. Belə addım Şimali Koreya tərəfindən atılan mərmilərindən birinin Seulun nəzarət etdiyi dəniz rayonuna düşməsindən sonra atılıb. Trend-in məlumatına görə, xəbəri Cənubi Koreya mənbələrinə istinadən Kiodo agentliyi yayıb.

Hələlik Cənubi Koreya tərəfindən hərbi cavabın xarakteri haqqında daha ətraflı məlumatlar verilmir.

Daxil olan məlumatlara görə, Şimali Koreyanın mərmisi Cənubi Koreyanın məskunlaşmış sərhəd adalarından birinin yaxınlığında suya düşüb.

Bir müddət əvvəl KXDR faksla Cənubi Koreyaya Sarı dənizdə dəniz sərhədləri yaxınlığında planlaşdırılmış təlimlər barədə xəbərdarlıq edib. Alınan məlumata görə, təlimlər faktiki olaraq iki Koreyanı bir-birindən ayıran şimal sərhədi yaxınlığındakı yeddi rayonda keçiriləcək.

Bununla yanaşı, Şimali Koreya təlimlərin keçiriləcəyi dəqiq tarix barədə heç bir məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti