...

Qahirədə metro stansiyasının yaxınlığında partlayış baş verib, bir nəfər ölüb

Dünya xəbərləri Materials 3 May 2014 06:39 (UTC +04:00)
Qahirənin mərkəzində metro stansiyasının yaxınlığında cümə günü partlayış zamanı bir nəfər həlak olub, ikisi yaralanıb.
Qahirədə metro stansiyasının yaxınlığında partlayış  baş verib, bir nəfər ölüb

Azərbaycan, Bakı, 3 may /Trend/

Qahirənin mərkəzində metro stansiyasının yaxınlığında cümə günü partlayış zamanı bir nəfər həlak olub, ikisi yaralanıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat verir.

Bundan öncə cümə günü Qahirədə məhkəmə binasının yaxınlığında partlayış nəticəsində misir polisinin zabiti həlak olub, daha üç asayiş keşikçisi yaralanıb.

Yerli KİV-lər bir qayda olaraq qeyd edirlər ki, Misirdə son vaxtlar partlayışların arxasında 2013-cü ilin iyulunda hakimiyyətdən kənarlaşdırılmış ölkənin sabiq prezidenti islamçı Məhəmməd Mursinin tərəfdarları durur.

Misirdə mayın 3-də 21 gün davam edən və səsverməyə iki gün qalmış başa çatan seçki kampaniyası start götürəcək.

Ölkədə prezident seçkiləri mayın 26 və 27-nə təyin edilib. Dövlət rəhbəri postuna əsas namizəd kimi sosialist Hadmin Sabahi və müdafiə naziri Əbdül Fəttah as-Sisi sayılırlar.

Xəbər lenti

Xəbər lenti