...

Serj Sarkisyan: Ermənistan Gömrük İttifaqına özünün tanıdığı sərhədlər çərçivəsində qoşulacaq

Dünya xəbərləri Materials 18 İyun 2014 14:57 (UTC +04:00)
Ermənistan Gömrük İttifaqına özünün tanıdığı sərhədlər çərçivəsində qoşulacaq. Bunu Ermənistanın dövlət başçısı Serj Sarkisyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
Serj Sarkisyan: Ermənistan Gömrük İttifaqına özünün tanıdığı sərhədlər çərçivəsində qoşulacaq

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Ermənistan Gömrük İttifaqına özünün tanıdığı sərhədlər çərçivəsində qoşulacaq. Bunu Ermənistanın dövlət başçısı Serj Sarkisyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib. Bu barədə Trend "ARKA" agentliyinə istinadən xəbər yayıb.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Astanada verdiyi bəyanatı şərh edən S.Sarkisyan onun bir çoxları üçün nəyə görə gözlənilməz olduğuna təəccübləndiyini deyib.

Mayın 29-da Nursultan Nazarbayev Astanada Ali Avrasiya İqtisadi Şurasında deyib ki, İttifaqın əsasnaməsi BMT-nin tanıdığı beynəlxalq sərhədlər çərçivəsində Ermənistan ərazisinə şamil edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti