...

Suriyada partlayışlar nəticəsində 30 kürd həlak olub

Dünya xəbərləri Materials 6 Oktyabr 2014 21:07 (UTC +04:00)
Suriyanın şimal-şərqindəki kürdlərin Xasek şəhərində iki partlayış baş verib.
Suriyada partlayışlar nəticəsində 30 kürd həlak olub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Suriyanın şimal-şərqindəki kürdlərin Xasek şəhərində iki partlayış baş verib.

Nəticədə 30 nəfər həlak olub, onlarla insan yaralanıb. Trend TASS agentliyinə istinadən bu barədə Sky News Arabia telekanalı xəbər verir.

Telekanalın məlumatına görə, hücumlar şəhərinin girəcəyində yerləşən NBM-lərə minalanmış avtomobillərdə olan terrorçular tərəfindən həyata keçirilib. Həlak olanların əksəriyyəti kürd özünümüdafiə qüvvələrinin nümayəndələri olub.

Döyüşlər Türkiyə ilə sərhəddə yerləşən şəhərinin 50 rayonunda gedir. Kürdlər şərqdən və cənubdan mühasirəni yarmağa çalışırlar.

Xəbər lenti

Xəbər lenti