Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Ölkənin qanunvericilik orqanı yerləşən Parlament təpəsinin ətrafında olan zona istisna olmaqla Kanada paytaxtının mərkəzində çərşənbə günü mühasirə götürülüb. Trend TASS agentliyinə istinadən bu barədə şəhər polisi xəbər verir.
"Davam edən istintaq müəyyən edib ki, mərkəzdə ictimai təhlükəsizliyə təhdid daha yoxdur. Lakin polis əməliyyatı Parlament təpəsində davam edir. Bu zona kütlə üçün bağlı qalır", - Ottava polisi dəqiqləşdirib.