...

Zambiya Prezidenti Londonda vəfat edib

Dünya xəbərləri Materials 29 Oktyabr 2014 10:33 (UTC +04:00)
Zambiya Prezidenti Maykl Çilufya Sata Britaniya paytaxtında vəfat edib. Trend xəbər verir ki, bu barədə TASS Röyter agentliyinə istinadən məlumat yayıb.
Zambiya Prezidenti Londonda vəfat edib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Zambiya Prezidenti Maykl Çilufya Sata Britaniya paytaxtında vəfat edib. Trend xəbər verir ki, bu barədə TASS Röyter agentliyinə istinadən məlumat yayıb.

Dövlət başçısı Londonda oktyabrın 21-dən müalicə kursu keçirmiş. Bununla yanaşı, 77 yaşlı Prezidentin səhhətində hansı problemlərin olduğu dəqiqləşdirilmir.

Afrika ölkəsinin hökuməti hələlik bu məlumatı təsdiqləməyib.

Bir müddət əvvəl dövlət başçısının administrasiyasından qeyd etmişdilər ki, Sata "birinci xanım Kristin Kasebanın, bəzi ailə üzvlərinin və mətbuat katibinin müşayiəti ilə xaricdə tibbi müayinəyə yola düşüb".

Ötən ay Prezident özünü pis hiss etməsi səbəbindən Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak edə bilməmişdi. Onun mehmanxana nömrəsinə ABŞ Dövlət Departamentinin həkimləri çağırılmışdı. Ona tibbi yardım göstərilmiş və müayinə üçün xəstəxanaya aparılmışdı.

Bundan bir həftə əvvəl üç ay ictimaiyyət qarşısına çıxmayan Sata Lusakada parlamentin sessiyasını açaraq deputatlara bəyan etmişdi ki, onun ölümü haqqında şayiələr vaxtından əvvəl yayılıb.

İndi çox güman ki, dövlət başçısının səlahiyyətlərini ölkənin vitse-prezidenti Qay Skott icra edəcək.

Maykl Çilufya Sata yüksək dövlət postunu 2011-ci ilin sentyabrından tutur. Zambiyada növbəti seçkilər 2016-cı ildə keçirilməli idi, lakin Prezidentin vəfatı ilə əlaqədar olaraq seçkilər 90 gün ərzində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti