...

"Yerevanda hərbi parad olmayacaq"

Dünya xəbərləri Materials 13 Noyabr 2014 12:17 (UTC +04:00)
Yerevanda Rusiya Silahlı Qüvvələrinin iştirakı ilə hərbi parad keçirilməyəcək.
"Yerevanda hərbi parad olmayacaq"

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Yerevanda Rusiya Silahlı Qüvvələrinin iştirakı ilə hərbi parad keçirilməyəcək. Trend-in "Armenia Today"-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovannisyan deyib.

Qeyd edək ki, noyabrın 11-dı Rusiya Müdafiə Nazirliyindən xəbər vermişdilər ki, Ermənistan və Rusiya müdafiə nazirlərinin görüşündə rusiyalı hərbçilərin Yerevanda keçiriləcək Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunmuş hərbi paradda iştirakına dair razılaşma əldə olunub.

Onun sözlərinə görə, gələn il mayın 9-da Gümrüdə kiçikmiqyaslı parad olacaq: "Yerevanda böyük paradın keçirilməsi barədə razılıq əldə olunmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti