...

İranlı nazirin kortejində qəza: 1 ölü, 5 yaralı

Dünya xəbərləri Materials 16 Dekabr 2014 10:45 (UTC +04:00)
İranın Kürdistan əyalətində səfərdə olan səhiyyə naziri Həsən Haşiminin başçılıq etdiyi nümayəndə heyətini daşıyan avtomobil qəzaya düşüb.
İranlı nazirin kortejində qəza: 1 ölü, 5 yaralı

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Kürdistan əyalətində səfərdə olan səhiyyə naziri Həsən Haşiminin başçılıq etdiyi nümayəndə heyətini daşıyan avtomobil qəzaya düşüb.

Trend-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, Sənəndəc şəhərindən əyalətin şimal bölgəsinə gedərkən kortejdəki avtomobillərdən biri Divandərə şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobildə olanlardan biri ölüb, 5 nəfər isə yaralanıb. Yaralılar Divandərə şəhər xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar arasında Səhiyyə Nazirliyinin Kürdistan əyaləti üzrə Tibb Universitetinin prorektoru Fərzam Bidarpur da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti