Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Məftun Salmanov/
Kürd qüvvələri Suriyanın Kobani şəhərini tam ələ keçirib.
Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqaları Təşkilatının direktoru Rami Əbdül Rəhman deyib.
Onun sözlərinə görə, YPG (PKK-nın Suriyadakı qanadı) İŞİD silahlılarını Kobanidən çıxarıb.