...

Marqvelaşvili Saakaşvili ilə Kiyevdə görüşüb?

Dünya xəbərləri Materials 25 Fevral 2015 21:02 (UTC +04:00)
Gürcüstan Prezidenti Administrasiyası Kiyevdə dövlət başçısı Georgi Marqvelaşvili və eks-prezident Mixeil Saakaşvilinin görüşməsi ilə bağlı məlumatı böhtan adlandırıb.
Marqvelaşvili Saakaşvili ilə Kiyevdə görüşüb?

Gürcüstan, Tbilisi, 25 fevral /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstan Prezidenti Administrasiyası Kiyevdə dövlət başçısı Georgi Marqvelaşvili və eks-prezident Mixeil Saakaşvilinin görüşməsi ilə bağlı məlumatı böhtan adlandırıb.

Administrasiyadan Trend-ə bildiriblər ki, M.Saakaşvili və G.Marqvelaşvili Kiyevdə görüşə bilməzdilər, çünki həmin günlərdə M.Saakaşvili Vaşinqtonda olub.

Qeyd edək ki, Gürcüstanın "Aliya" qəzeti Kiyevdə eks-prezident M.Saakaşvili və indiki Prezident G.Marqvelaşvilinin Kiyevdə gizli görüş keçirdiyi barədə məlumat yaymışdı.

G.Marqvelaşvili Kiyevdə "Ləyaqət marşı"nda iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti