Azərbaycan, Bakı, 2 mart /Trend/
Böyük Moskvoretsk körpüsü Rusiyanın Federal Mühafizə Xidmətinin videokameralarının əhatə zonasına düşmür. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu qurumun rəsmi nümayəndəsi Sergey Devyatov deyib.
Onun sözlərinə görə, videokameralar Kremlə yönəlib və daxili ərazinin təhlükəsizliyini təmin edir.
Qeyd edək ki, müxalif Boris Nemtsov fevralın 28-də Moskvanın mərkəzində bu körpüdə güllələnib.