Azərbaycan, Bakı, 29 mart /Trend/
Yəmənin paytaxtı Sənadakı aeroporta ölkədə qiyamçı husilərə qarşı əməliyyat aparan koalisiya qüvvələri tərəfindən hava zərbələri endirilib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
"Frans Press" agentliyinin məlumatına görə, hava zərbələri nəticəsində aeroport sırdan çıxıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı martın 25-də husilərin Yəməndə ölkənin cənub regionlarına irəliləməsinin qarşısını almaq və Prezident M.Hadinin yenidən hakimiyyəti ələ keçirməsinə kömək etmək məqsədilə Yəmənə hava hücumlarına başlayıb. Səudiyyə Ərəbistanı 10 ərəb ölkəsinin bu əməliyyatı dəstəklədiyini bildirib. Həmçinin ABŞ husilərə qarşı hücumları dəstəkləyib.