Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sloveniyalı həmkarı Borut Pahoru aprelin 24-də Türkiyədə keçiriləcək Çanaqqala zəfərinin 100-cü ildönümü tədbirlərinə dəvət edib.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan ümid edir ki, Sloveniya Prezidenti dünyanın 50-dən artıq ölkə başçısının qatılacağı tədbirdə iştirak edəcək.