...

Türkiyə polisi Rusiya vətəndaşı olan terrorçunu axtarır

Dünya xəbərləri Materials 14 Aprel 2015 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə polisi Rusiya vətəndaşı olan terrorçu Patimat Əbdülhəmidovanı axtarır.

Trend-in "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçunun qardaşı Hacımurad Hacıyev İstanbul polisinə müraciət edərək bildirib ki, bacısı Türkiyədə terror aktı törətmək istəyir.

Hazırda Türkiyə polisi gücləndirilmiş iş rejiminə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti