Azərbaycan, Bakı, 14 aprel /Trend/
Dövlət Dumasının sədri Sergey Narışkin gələn həftə Türkiyəyə səfər edəcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, S.Narışkin Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.
O, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşündə İstanbulda Dardanel əməliyyatının yüzilliyi ilə bağlı tədbirlərdə iştirak edəcəyini deyib.
Qeyd edək ki, Çanaqqala zəfərinin 100-cü ildönümünün qeyd edilməsi ilə əlaqədar bayram tədbirlərində təqribən 50 ölkənin dövlət başçısı iştirak edəcək.