...

Ərdoğan: Putin Ankaranı məyus etdi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 27 Aprel 2015 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

"Rusiya Prezidenti Vladimir Putinin 1915-ci il hadisələri barədə bəyanatı Ankaranı məyus etdi".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə səfəri ərəfəsində deyib.

O, qeyd edib ki, belə bəyanat verməzdən əvvəl Rusiya öz tarixini araşdırmalıdır.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə tarixindən utanmır, çünki ölkə tarixində heç bir "erməni soyqırımı" olmayıb.

Xatırladaq ki, V.Putin 1915-ci il hadisələrini "erməni soyqırımı" adlandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti