...

İndoneziyada hərbi təyyarə hotelə düşdü

Dünya xəbərləri Materials 30 İyun 2015 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İndoneziyanın Sumatra Medane əyalətinin paytaxtında hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.

Həlak olanlar barədə məlumat verilmir. Şahidlərin sözlərinə görə, təyyarə "Golden Eleven" hotelinin üzərində partlayıb və yerə düşməmişdən öncə iki binaya ilişib.

Qəza yerində başlayan yanğın davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti