Azərbaycan, Bakı, 2 iyul /Trend/
"Intel" korporasiyasının prezidenti Rene Ceyms gələn ilin yanvarından vəzifəsini tərk edəcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bundan başqa, şirkətdə digər təşkilati dəyişikliklər də olacaq. Belə ki, "Intel Capital" investisiya fondunun prezidenti Arvind Sodhani 2016-cı ilin yanvarında vəzifəsindən gedəcək. Onun yerini Vendel Bruks tutacaq.
Qeyd edək ki, korporasiya 1968-ci ildə yaradılıb və mikroproseslər də daxil olmaqla elektron qurğu və kompüter komponentlərinin geniş spektrini istehsal edir.