Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Rufiz Hafizoğlu
Türkiyədə avtomobillərin yol kənarında park edilməsinə görə ödəniş ləğv olunacaq. Bu barədəd TREND Türkiyənin Milliyet qəzetinə istinadən məlumat verir.
Qəzetin məlumatına əsasən bu barədə bu gün ölkənin baş naziri Əhməd Davudoğlu təlimat verib.
Məlumatda o da qeyd olunur ki , bu qərar bir müddət bundan əvvəl Ankarada avtomobilin park edilməsi üstündə yaşanan qanlı toqquşmadan sonra gündəmə gəlib.
Yol kənarında avtomobillərin pulsuz park edilməsi 15 iyuldan etibarən qüvvəyə minəcək.