...

Polis Türkiyənin cənub-qərbində xüsusi əməliyyat keçirir (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 11 Avqust 2015 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə polisi İzmir vilayətində antiterror əməliyyatı aparır. Trend bu barədə "Kanal7" telekanalına istinadən xəbər verir.

Əməliyyat zamanı artıq 25 nəfər həbs edilib. Bundan başqa, parallel olaraq Adanada da antiterror əməliyyatı keçirilir.

Ölkənin mərkəzi vilayətlərində də əməliyyatların başlayacağı gözlənilir.

Bu günədək Türkiyədə keçirilən antiterror əməliyyatları nəticəsində ümumilikdə 2 mindən çox insan saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti