Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Sentyabrın 3-də Suriya ilə sərhəddə itkin düşmüş Türkiyə ordusunun əsgəri "İslam dövləti" (İD) terror təşkilatında əsirlikdədir.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda İD silahlıları əsgəri Suriyanın Hələb şəhəri yaxınlığında saxlayır.
Qəzet ölkə kəşfiyyatına istinad edərək yazır ki, Türkiyə əsgərin azad edilməsi üzrə hələ danışıqlar aparmır.