Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
"Avropada Adi Silahlı Qüvvələr haqqında" müqaviləyə uyğun olaraq Türkiyə təftiş üçün hərbçilərini Ermənistana göndərəcək.
Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.
Məlumata görə, türkiyəli hərbçilər oktyabrın 11-14-də Ermənistanda təftiş aparacaqlar. Onların sayı barədə məlumat verilmir.