Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Bu gün Türkiyənin Hakkari vilayətində hərbi karvana silahlı hücum olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin (SQ) zabiti həlak olub.
Hərbi karvana hücum edən şəxslərin PKK-nın üzvləri olduğu bildirilir.
Hücumdan sonra SQ regionda PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.