...

Parisdə terror aktları: 128 ölü, 250 yaralı (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Dünya xəbərləri Materials 14 Noyabr 2015 14:21 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 01:59-da yayılıb)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Fransanın paytaxtı Parisdə baş vermiş silsilə terror aktları nəticəsində xəsarət alanların sayı 250 nəfər çatıb. Bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.

Onlardan təxminən 100 nəfərin vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.

Paris prokurorluğunun məlumatına əsasən, terror aktları nəticəsində ümumilikdə 128 nəfər həlak olub.

Bundan əvvəl ölənlərin sayının 150 nəfəri ötdüyü deyilirdi.

Fransa Prezidenti Fransua Olland Parisdəki silsilə terror aktlarından sonra ölkədə üç günlük matəm elan edib.

X X X

Parisdə atışma və partlayışlar nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb, 200-dən çox şəxs xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Parisin "Blaklan" teatrında girovların azad edilməsi üçün aparılan əməliyyat zamanı 112 nəfər ölüb.

Təqribən 40 nəfər isə Parisin digər yerlərində ölüblər.

Bundan əvvəl "Bataklan"da naməlum şəxslər tərəfindən azı 100 nəfərin girov götürüldüyü bildirilirdi.

X X X

Parisin "Stade de France" stadionu yaxınlığında Fransa-Almaniya yoldaşlıq matçı zamanı bir neçə partlayış səsi eşidilib.

Oyunu stadionda canlı izləyən Prezident Fransua Olland birbaşa Daxili İşlər Nazirliyinə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti