Bakı. Trend:
Fransanın Baş naziri Manuel Vals terrorçuların kimyəvi və ya bakterioloji silahdan istifadə edə biləcəklərini istisna etməyib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Baş nazir bunu Fransa Milli Yığıncağının (parlamentin aşağı palatası) iclasında deyib.
Bu gün Yığıncaqda Parisdəki terror aktları ilə əlaqədar fövqəladə halın 3 ay müddətinə uzadılması barədə səsvermə keçiriləcək.