...

Ərdoğan: Rusiya hakimiyyətinə belə bəyanatlar yaraşmır (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 Noyabr 2015 16:01 (UTC +04:00)
Moskvanın Türkiyəyə ünvanladığı təcavüzkar bəyanatlar Ankaranı məyus edir.
Ərdoğan: Rusiya hakimiyyətinə belə bəyanatlar yaraşmır (ƏLAVƏ OLUNUB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Moskvanın Türkiyəyə ünvanladığı təcavüzkar bəyanatlar Ankaranı məyus edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara və Moskva strateji tərəfdaşdırlar, lakin bu o demək deyil ki, Rusiya Türkiyə sərhədlərinin toxunulmazlığı prinsipinə hörmət etməməlidir: "Bütün dünya Türkiyənin mövqeyinin ədalətli olduğunu tanıyır".

R.T.Ərdoğan Moskvanın guya özünün Türkiyəni islamlaşdırmaq istəməsi bəyanatını da təkzib edib: "Türkiyə əhalisinin 99 faizi müsəlmandır və Rusiya bunu bilməlidir. Rusiya hakimiyyətinə belə bəyanatlar yaraşmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti