...

Hindistanın Əfqanıstandakı konsulluğuna hücum olunub

Dünya xəbərləri Materials 4 Yanvar 2016 00:28 (UTC +04:00)
Hindistanın Əfqanıstandakı konsulluğuna naməlum şəxxslər tərəfindən hücum olunub.
Hindistanın Əfqanıstandakı konsulluğuna hücum olunub

Bakı. Trend:

Hindistanın Əfqanıstandakı konsulluğuna naməlum şəxslər tərəfindən hücum olunub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Qeyd olunur ki, hadisə Əfqanıstanın böyüklüyünə görə dördüncü olan Məzari-Şərif şəhərində baş verib.

Silahlı şəxslər konsulluğun ərazisinə soxulmağa cəhd göstəriblər. Ərazidə ən azı 2 partlayış baş verib, atəş səsi gəlib.

Hücumun hansı dəstə tərəfindən ediliyi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti