...

İstanbuldakı terror aktı Türkiyə turizminə zərbədir

Dünya xəbərləri Materials 12 Yanvar 2016 16:07 (UTC +04:00)
İlkin məlumata görə, İstanbulda 10 nəfərin ölməsi, 15 nəfərin isə yaralanması ilə nəticələnən terror aktı, əsasən, Türkiyənin turizm sektoruna qarşı yönəldilib.
İstanbuldakı terror aktı Türkiyə turizminə zərbədir

Bakı. Orxan Quluzadə - Trend:

İlkin məlumata görə, İstanbulda 10 nəfərin ölməsi, 15 nəfərin isə yaralanması ilə nəticələnən terror aktı, əsasən, Türkiyənin turizm sektoruna qarşı yönəldilib. Bunu Trend-ə "21.Yüzyıl Türkiye Enstitüsi" universitetinin elmi konsultantı, təhlükəsizlik üzrə ekspert Şanlı Bahadır Koç deyib.

Ekspert terror aktının məhz Sultan Əhməd meydanında törədilməsini təsadüf hesab etmir. Belə ki, xarici turistlər İstanbulun digər görməli yerləri sırasında daha çox buraya baş çəkirlər.

O bildirib ki, terror aktını PKK və İŞİD ilə yanaşı, bəzi ölkələrin xüsusi xidmət orqanları da törədə bilər.

Ş.B.Koç Türkiyədə sayı son illər artan terror aktlarının əhali arasında təşviş yarada biləcəyini istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti