Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbuldakı terror aktını Suriya vətəndaşı törədib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bütün ölkələr terrorçuluqla mübarizədə birləşməlidir və İstanbuldakı terror aktı bunun vacibliyini göstərir.
Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvitter"dəki səhifəsində yazıb ki, İstanbuldakı partlayış terror aktıdır.
Qeyd edək ki, bu gün İstanbulun Sultan Əhməd meydanında törədilmiş partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.