...

Suriya ilə sərhədi bağlamaq Türkiyə üçün terrorçuluqla mübarizədə ən yaxşı metod deyil (ÖZƏL)

Dünya xəbərləri Materials 12 Yanvar 2016 21:14 (UTC +04:00)
Türkiyə üçün Suriya ilə sərhədin bağlanılması terrorçuluqla mübarizədə ən yaxşı metod deyil.
Suriya ilə sərhədi bağlamaq Türkiyə üçün terrorçuluqla mübarizədə ən yaxşı metod deyil (ÖZƏL)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə üçün Suriya ilə sərhədin bağlanılması terrorçuluqla mübarizədə ən yaxşı metod deyil. Bunu Trend-ə müsahibəsində Türkiyə Silahlı Qüvvələrinin istefada olan general-leytenantı Ermağan Kuloğlu deyib.

Onun sözlərinə görə, hazırda Suriyadakı terrorçularla sıx əlaqələri olan Türkiyə vətəndaşları var: "Onlar daha əvvəl terrorçuların düşərgələrində təlim keçiblər və Türkiyə ərazisində terror aktları təşkil edə bilərlər".

Buna görə də E.Kuloğlu hesab edir ki, Suriya ilə sərhədin bağlanması Türkiyədə terrorçuluq problemini həll etməyəcək.

Qeyd edək ki, bu gün İstanbulun Sultan Əhməd meydanında törədilmiş partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti