...

Fransada kazinoya silahlı basqın

Dünya xəbərləri Materials 13 Fevral 2016 11:18 (UTC +04:00)
Silahlı şəxslər Fransanın cənubunda yerləşən Eks-an-Provans şəhərindəki kazinoya basqın ediblər.
Fransada kazinoya silahlı basqın

Bakı. Elçin Hüseynov - Trend:

Silahlı şəxslər Fransanın cənubunda yerləşən Eks-an-Provans şəhərindəki kazinoya basqın ediblər. Bu barədə Trend "France Info" radiostansiyasına istinadən məlumat verir.

Basqın şənbə gününə keçən gecə yerli vaxtla saat 02:00 radələrində baş tutub. Cinayətkarlar bir neçə dəfə atəş açdıqdan sonra kassadakı pulları götürərək kazinonu tərk ediblər.

Hadisə zamanı kazinoda 700 nəfər olub. 40-a yaxın insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti