...

Sergey Narışkin: Krım hər zaman Rusiyanın olacaq

Dünya xəbərləri Materials 18 Aprel 2016 18:15 (UTC +04:00)
Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin hesab edir ki, Krımın RF ilə birləşməsi "baş vermiş faktdır".
Sergey Narışkin: Krım hər zaman Rusiyanın olacaq

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin hesab edir ki, Krımın RF ilə birləşməsi "baş vermiş faktdır". Bu barədə Trend TASS-a istinadən xəbər verir.

O deyib ki, Krımın Rusiyaya birləşdirilməsi artıq baş vermiş tarixi hadisədir: "Krım hər zaman RF-nin ayrılmaz bir hissəsi olacaq".

Qeyd edək ki, daha əvvəl Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Krımın RF-yə birləşdirilməsi barədə referendumun nəticələrini inkar etməyi ekstremizm kimi qəbul etmək və buna görə cinayət məhsuliyyətinə cəlb etmək təklifini irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti