...

Niderlandda benzin və dizel mühərrikli avtomobillərin satışına qadağa qoyulacaq

Dünya xəbərləri Materials 20 Aprel 2016 13:50 (UTC +04:00)
Niderland Parlamentinin aşağı palatası 2025-ci ildən ölkədə benzin və dizel mühərrikli avtomobillərin satışını qadağa qoyan qanun layihəsini qəbul edib.
Niderlandda benzin və dizel mühərrikli avtomobillərin satışına qadağa qoyulacaq

Bakı. Elçin Hüseynov - Trend:

Niderland Parlamentinin aşağı palatası 2025-ci ildən ölkədə benzin və dizel mühərrikli avtomobillərin satışını qadağa qoyan qanun layihəsini qəbul edib.

Bu barədə Trend "The Guardian" qəzetinə istinadən xəbər verir.

Qanun layihəsinin qüvvəyə minməsi Senat tərəfindən bəyəniləndən sonra gözlənilir.

Layihənin müzakirəsi zamanı qeyd edilib ki, söhbət istifadədə olan avtomobillərdən getmir.

Yeni qanun 2025-ci ildən satışa buraxılacaq avtomobillərə şamil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti