Bakı. Rufiz Hafizoğlu - Trend:
Ötən gün İstanbuldakı hərbi hissələrin birində terror aktı törətmiş şəxs saxlanılıb.
Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, terror aktında əli olan daha 8 nəfər tutulub.
İlkin məlumata əsasən, saxlanılanların hamısının PKK terror təşkilatı ilə əlaqələri var. Onların adı açıqlanmır.
Qeyd edək ki, ötən gün İstanbulda minalanmış avtomobilin partladılması nəticəsində 9 nəfər yaralanmışdı.