...

Türkiyədə Su-24 pilotunun qatili həbsdə saxlandı

Dünya xəbərləri Materials 28 İyun 2016 18:00 (UTC +04:00)
Türkiyədə məhkəmə Rusiyaya məxsus Su-24 təyyarəsinin pilotunu qətlə yetirməkdə təqsirləndirilən Alparslan Çeliki başqa ittiham üzrə iyunun sonuna qədər həbsdə saxlayıb.
Türkiyədə Su-24 pilotunun qatili həbsdə saxlandı

Bakı. Trend:

Türkiyədə məhkəmə Rusiyaya məxsus Su-24 təyyarəsinin pilotunu qətlə yetirməkdə təqsirləndirilən Alparslan Çeliki başqa ittiham üzrə iyunun sonuna qədər həbsdə saxlayıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, A.Çelik ötən gün azadlığa buraxılmışdı.

Xatırlaqdaq ki, A.Çelik martın 31-də İzmirdə həbs edilib. Ondan odlu silah götürülüb.

Qeyd edək ki, o, Rusiya təyyarəsi vurulduqdan sonra katapult etmiş pilotu öldürdüyünü bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti