...

Narışkin: İstanbuldakı terakt terrorla mübarizədə dünyanın səylərini birləşdirməsini zəruri edir

Dünya xəbərləri Materials 29 İyun 2016 12:06 (UTC +04:00)
Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin İstanbuldakı terror aktı nəticəsində ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib.
Narışkin: İstanbuldakı terakt terrorla mübarizədə dünyanın səylərini birləşdirməsini zəruri edir

Bakı. Trend:

Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin İstanbuldakı terror aktı nəticəsində ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib.

Bu barədə Trend TASS agentliyinə istinadən məlumat veriri.

O qeyd edib ki, baş vermiş terror aktı bu qorxunc şərlə mübarizə üçün bütün dünyanın səylərinin birləşdirməsi zərurətini göstərir.

S.Narışkin İstanbuldakı terror aktını qorxunc cinayət adlandırıb.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti