Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin spirtli içki məhsullarının pərakəndə satışının tənzimlənməsinin təkmilləşdirilməsinə və onun istehsalı ilə dövriyyəsinə qarşı tələblərinin sərtləşdirilməsinə yönəldilmiş federal qanunu imzalayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla bağlı sənəd Kremlin saytında dərc olunub.
Qanunda ictimai iaşə xidmətləri, vaqon-restoranlarda, təyyarələrdə və su gəmilərində xidmət göstərilməsi zamanı spirtli içki məhsullarının pərakəndə satışının xüsusiyyətləri dəqiqləşdirilir.
Müxtəlif növ spirtli içkilərin restoranlarda və digər ictimai iaşə müəssisələrində kokteylə qarışdırılması "istehsal" termininə daxil olmayacaq.
Qanun qeyri-leqal dövriyyədə olan spirtli içki məhsullarının leqallaşdırılması imkanını aradan qaldırır.
Bundan başqa, əlavə sənədlərin saxtalaşdırılması lisenziyanın ləğv edilməsi üçün əsas olacaq.