Bakı. Orxan Quluzadə - Trend:
Varşavada keçirilən sammit çərçivəsində NATO ölkələri İŞİD terror qruplaşmasına qarşı birgə səylər barədə razılıq əldə edəcəklər.
Bunu Trend-ə Türkiyə ordusunun istefada olan general-leytenantı, milli təhlükəsizlik məsələləri üzrə ekspert Ermağan Kuloğlu deyib.
Onun sözlərinə görə, Türkiyə də alyans üzvlərindən İŞİD-ə qarşı mübarizəni gücləndirməyi tələb edəcək.
E.Kuloğlu qeyd edib ki, Türkiyə NATO ölkələrinin PKK Suriya qanadı olan YPG və PYD-yə qarşı yekdil mövqedən çıxış etmələrini istəyir.