...

Türkiyədə hərbi qiyamçılara qarşı əməliyyatlar davam edir, daha 7 nəfər saxlandı

Dünya xəbərləri Materials 17 İyul 2016 23:05 (UTC +04:00)
Xüsusi təyinatlıların köməyi ilə Türkiyə polisi Konyada aviabazada əməliyyat keçirib
Türkiyədə hərbi qiyamçılara qarşı əməliyyatlar davam edir, daha 7 nəfər saxlandı

Bakı. Trend:

Xüsusi təyinatlıların köməyi ilə Türkiyə polisi Konyada aviabazada əməliyyat keçirib.

Trend-in Haberturk portalına istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində hərbi çevrilişə cəhddə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Əməliyyatda 500 polis əməkdaşı iştirak edib. Əməliyyat zamanı hərbçilər müqavimət göstərməyib.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti