...

Türkiyənin güc strukturlarında islahatlara başlanıldı

Dünya xəbərləri Materials 26 İyul 2016 10:17 (UTC +04:00)
İyulun 15-də Türkiyə baş verən hərbi çevriliş cəhdindən sonra ölkənin güc strukturlarında islahatlara başlanılıb.
Türkiyənin güc strukturlarında islahatlara başlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

İyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra ölkənin güc strukturlarında islahatlara başlanılıb.

Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyənin Baş naziri Binəli Yıldırımın bəyanatına istinadən xəbər verib.

Baş nazirin sözlərinə görə, artıq ölkənin jandarma və sahil qüvvələri Daxili İşlər Nazirliyinə tabe olacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti