Türkiyədə böyük şirkət rəhbəri saxlanıldı

Dünya xəbərləri Materials 8 Avqust 2016 10:31 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin yağ istehsalı üzrə böyük şirkətlərindən biri olan "Orkide Yağları"ın rəhbəri Əhməd Küçükbay saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verir.

Ə.Küçükbay Türkiyədə hərbi çevriliş cəhdində suçlu bilinən Fətullah Gülən hərəkatını maliyyələşdirməkdə ittiham olunur.

"Orkide Yağları" şirkəti 2003-cü ildə yaradılıb, dünyanın 102 ölkəsinə bitki yağları ixrac edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti