Bakı. Trend:
Azad Suriya Ordusu Carablus şəhərində PYD-nin nəzarətində olan 8 kəndi azad edib.
Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.