ABŞ Suriyada İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığına ümid edir

Dünya xəbərləri Materials 3 Noyabr 2016 01:16 (UTC +04:00)

Bakı. Trend:

Vaşinqton Suriyada İŞİD-ə qarşı mübarizədə Türkiyənin ABŞ koalisiyası ilə əməkdaşlığına ümid edir.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, Türkiyə NATO üzvü olaraq qalır və Suriyada İŞİD-ə qarşı əməliyyatda mühüm töhfə verməyə davam edir.


Həmçinin, Türkiyə və Rusiya arasında münasibətlərinin istiləşməsi barədə sualı cavablandıraraq, o qeyd edib ki, ABŞ bu iki dövlət arasında yaxşı münasibətləri alqışlayır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti