...

Ərdoğan Minsk məscidinin açılışını etdi (FOTO)

Dünya xəbərləri Materials 11 Noyabr 2016 17:06 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Minskdə məscidin açılışında iştirak edib.
Ərdoğan Minsk məscidinin açılışını etdi (FOTO)

Bakı. Trend:

Belarusda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Minskdə məscidin açılışında iştirak edib.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, mərasimə Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və dini işlər naziri Mehmet Görmez də qatılıb.

54 il öncə - 1962-ci ildə sovet rejimi tərəfindən dağıdılan məscidin 2014-cü ildə Türkiyə Diyanət Vəqfinin 7 milyon dollarlıq maliyyə dəstəyi ilə inşasına başlanıb.

Minsk məscidində 2500 nəfər eyni vaxtda ibadət edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti