...

Rusiyanın iqtisadi inkişaf nazirinə ev həbsi verilib

Dünya xəbərləri Materials 15 Noyabr 2016 21:00 (UTC +04:00)
Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayev məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
Rusiyanın iqtisadi inkişaf nazirinə ev həbsi verilib

Bakı. Trend:

Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayev məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, nazirin ezamiyyət adı ilə xaricdə istintaqdan gizlənməməsi və şahidlərə təzyiq göstərə bilməməsi üçün ona ev həbsi verilib.

İqtisadi İnkişaf naziri iki milyon dollar həcmində rüşvət götürməkdə ittiham edilir. İstintaq komitəsi bəyan edib ki, A.Ulyukayev pulu götürərkən cinayət başında həbs edilib.

A.Ulyukayev məhkəmədə günahını etiraf etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti