...

Putin və Ərdoğan arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 24 Dekabr 2016 01:04 (UTC +04:00)
Rusiyanın prezidenti Vladimir Putin və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında relefon danışığı olub
Putin və Ərdoğan arasında telefon danışığı olub

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında relefon danışığı olub.

Trend-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prezidentlər Suriyanın Hələb şəhərindəki əməliyyatın uğurla başa çatmasını müzakirə ediblər.

"Suriya probleminin müzakirəsi davam etdirilib. Hər iki tərəf Hələb şəhərindəki əməliyyatın uğurla başa çatmasından məmnun olduqlarını bildiriblər. Bununla da, Suriya ərazisində hərbi əməliyyatların dayandırılmasını və problemin siyasi həllinə keçidini nəzərdə tutan sülh prosesinin işə salınması üçün əlverişli şərait yaradılıb", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti