...

Soçidə Tu-154 təyyarəsinin qəzaya uğraması terror aktıdır? - FTX-nin cavabı

Dünya xəbərləri Materials 26 Dekabr 2016 15:19 (UTC +04:00)
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ötən gün Soçi yaxınlığında baş vermiş təyyarə qəzasının tədqiqi zamanı terror aktı və ya təxribat izlərini aşkar etməyib.
Soçidə Tu-154 təyyarəsinin qəzaya uğraması terror aktıdır? - FTX-nin cavabı

Bakı. Trend:

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ötən gün Soçi yaxınlığında baş vermiş təyyarə qəzasının tədqiqi zamanı terror aktı və ya təxribat izlərini aşkar etməyib.

Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

FTX bildirib ki, təyyarənin göyərtəsində qəzaya səbəb ola biləcək hərbi yük və ya təhlükəli maddələr də olmayıb.

Hələlik qəza versiyaları kimi, mühərrikə kənar maddənin daxil olması, keyfiyyətsiz yanacaq, pilot səhvi və təyyarənin nasazlığı nəzərdən keçirilir.

Qeyd edək ki, ötən gün Rusiyaya məxsus Tu-154 təyyarəsi qəzaya uğrayıb.

Rusiyaya məxsus təyyarə Qara dənizə düşüb: 11 nəfərin cəsədi aşkar edilib (YENİLƏNİB-5)

Rusiyaya məxsus təyyarə Qara dənizə düşüb: 11 nəfərin cəsədi aşkar edilib (YENİLƏNİB-5)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti